Əməkhaqları, əmək pensiyaları və sosial müavinətlər artırılacaq - SƏRƏNCAM

15:39 16.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Hafta.az-ın məlumatına görə, sərəncama əsasən, Nazirlər Kabineti əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Nazirlər Kabineti, eyni zamanda, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Oxunma sayı 183