Əməyimizə verdiyiniz yüksək qiymətə görə Sizə dərin minnətdarlığımızı bildiririk - Elm adamları Prezidentə yazırlar

16:04 05.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Möhtərəm cənab Prezident.

Əməyimizə verdiyiniz yüksək qiymətə - bizi 2020-ci il Elm üzrə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı adına layiq gördüyünüzə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliyi və böyük dəstəyi, Sizin ardıcıl düşünülmüş siyasətiniz, elmə, elm adamına diqqət və qayğınız sayəsində Azərbaycan elmi 1990-cı illərin böhranını uğurla dəf edərək yeni inkişaf yoluna qədəm qoymuşdur. Bu siyasətin nəticəsidir ki, artıq bir sıra sahələrdə, o cümlədən kondensə olunmuş hal fizikası sahəsində elmimiz öz nəticələri ilə dünyada tanınır və qəbul edilir, postsovet məkanında, xüsusilə regionda inamla liderliyə yüksəlir.

Layiq görüldüyümüz dövlət mükafatı bizi daha əzmlə çalışmağa, elmimizin inkişafına yeni töhfələr verməyə ruhlandırır. Sizin respublikamızda iqtisadi-siyasi sabitliyi, milli-mənəvi birliyi, xalqımızın sağlamlığı və rifahının daim yüksəlməsini təmin edən siyasətinizi dəstəkləyirik. Bütün dünyanı bürümüş koronavirus pandemiyasına qarşı Sizin və Mehriban xanımın həyata keçirdiyiniz tədbirlər bir daha hər bir vətəndaşın yanında olduğunuzu göstərir.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, respublikamızın və xalqımızın xoşbəxtliyinə yönəlmiş fəaliyyətinizdə böyük uğurlar arzulayırıq.

Hörmətlə,

Məmmədov Nazim, akademik

Əmiraslanov İmaməddin, professor

Abdullayev Nadir, dosent

Əliyev Ziya, dosent.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.

Oxunma sayı 1455
Siyasət rubrikasından digər xəbərlər