Emil Balayev erməni məşqçiyə görə klubundan ayrılır

17:40 15.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
Qriqori Babayanın "Tobol"un baş məşqçisi təyin olunması millimizin qapıçısı Emil Balayevin komandadakı gələcəyinə aydınlıq gətirib.
 
Hafta.az xəbər verir ki, bu təyinat həmyerlimizin ürəyincə olmayıb. Erməni məşqçinin rəhbərliyi altında oynamaq istəməyən Emil komandadan getmək niyyətindədir. Onun yaxın günlərdə öz fikrini klub rəhbərliyinə çatdıracağı gözlənilir.
 
Balayev bu ilin yanvarında "Səbail"dən "Tobol"a keçmişdi.
 
Qeyd edək ki, "Tobol" dünən Babayanla rəsmi müqavilə imzalandığını açıqlayıb.
Oxunma sayı 37