“Ən yaxşı tank əleyhinə batareya” adı uğrunda yarış keçirilib - FOTO-VİDEO

16:20 10.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı tank əleyhinə batareya” adı uğrunda yarış keçirilib.

Hafta.az Müdafiə Nazirliyinə istinadən məlumat verir ki, fərdi və qrup halında normativlərin götürüldüyü yarışda tank təhlükəli istiqamətdə açılma hədlərinin tutulması, şərti düşmənin hərəkətli və hərəkətsiz hədəflərinin məhv edilməsi tapşırıqları yerinə yetirilib.

Yarışın ümumi nəticələrinə əsasən özüyeriyən tank əleyhinə raket kompleksi batareyası birinci olub.