Enerjinin yığılmasında “toyuq yağı” dövrü başlayıb

09:15 13.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Alimlər toyuq yağından enerji yığmaq üsulunu hazırlayıblar.

Hafta.az-ın “TechXplore”ə istinadən yazdığına görə, bərpa olunan enerjidən istifadəyə dair araşdırmalar və tələblər artdıqca, istehsal olunan əlavə enerjini saxlayacaq cihazlara getdikcə ehtiyac duyulur.

Son illər bu səylərdə yüksək keçirici və bol olan qrafen kimi karbon əsaslı materiallar mühüm yer tutub. Ancaq bu materialın istehsalına çəkilən xərclərə və səbəb olduğu istixana qazlarına görə elm dünyası fərqli yollar axtarır.

Daha sərfəli və sadə üsulla karbon əsaslı saxlama mühiti istehsal etməyə çalışan tədqiqatçılar toyuq yağından istifadə ediblər. “ACS Applied Materials & İnterfaces” jurnalında dərc olunan məqalədə bildirildiyi kimi, bu yağı böyük miqdarda enerji saxlayan superkondensatorlarda istifadə edilmək üçün elektrodlara çevirmək üçün üsul işlənib hazırlanıb.

Komanda toyuqdan çıxardıqları yağı üfleyici ilə əridib. Bu yağ daha sonra qaz lampalarına bənzər fitil yandırma üsulu ilə yandırıldı. Sonra elm adamları alovun üzərinə asılmış şüşənin dibindən his topladılar.

Tərkibində karbon əsaslı nanohissəciklərin olduğu aşkarlanan bu his yeni üsulda elektrodların əsasını təşkil edir.

Hissəciklər asimmetrik superkondensatorda sınaqdan keçirildikdə yüksək tutum və davamlılıq göstəriblər. Karbon əsaslı hissəcikləri tiokarbamid məhluluna batıraraq, tədqiqatçılar elektrodların gözlədikləri kimi daha yaxşı performans göstərdiyini qeyd etdilər.

Tədqiqatçılar metodun asanlığının kommersiya saxlama vasitələri üçün üstünlük təmin edəcəyini düşünürlər. Toyuq yağı kimi qida tullantılarından istifadə edərək, daha təmiz enerji saxlama üsullarının yolu açıla bilər.

Oxunma sayı 179