Ərazisi səhralığa çevrilmiş  “göydələnlər” - FOTO

19:14 06.09.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Son vaxtlar paytaxtda sanitat təmizliyə, abadlıq və təmir işlərinə ciddi fikir verilir. Yaşayış binalarının həyətlərində abadlıq  işləri aparılaraq, yeni “abad məhəllə”lər salınır.

Bu dəfə yolumuzu Nizami rayonu “8-ci Kilometr” qəsəbəsi Elşən Süleymanov küşəsində yerləşən 94 və 102 saylı ünvanlardan saldıq. Sözügedən ünvanda 94 və 102 saylı hündürmərtəbəli binalar yerləşir. Yaşayış binalarının həyəti natəmizlik içində idi. Süpürülmədiyindən, böyük bir ərazi zibilliyə, məişət tullantılarına qərq olunub.

 Sakinlərin dediklərinə görə salınmış yaşıllıqlar, ağac və kollar baxımsızlıqdan  məhv olub. Yaşıllıqlar olmadığından, binaların ərazisi açıq boz səhralığa çevrilib. Böyük binalar olduğundan sakinləri də kifayət qədərdir. Onların istirahəti və uşaqların oynaması ümün həyətdə heç bir şərait yoxdur: “Görmüşük ki,  bina tikiləndə onun həyətində sakinlərin istirahəti üçün kiçik park salınır, oturacaqlar qoyulur, idman qurğuları, yelləncəklər quraşdırılır, yaşıl qazonlar, ağac və kollar əkilir, amma bizim binada bunların heç biri yoxdur”.

Xatırladaq ki, binaların birinci mərtəbələrində iri ticarət obyektləri, gözəllik salonları də fəaliyyət göstərir.