Ərdoğan İlham Əliyevə təşəkkür etdi 

14:18 18.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə parlamentində (TBMM) çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

 

Hafta.az-ın məlumatına görə, Ərdoğan çıxışında Rize-Artvin Hava Limanının əhəmiyyətindən söz açıb.

 

Onun sözlərinə görə, yeni hava limanı “1915-ci il Çanaqqala Körpüsü” kimi bu il həyata keçirilən nəhəng layihələrdən biridir:

 

“Mən Azərbaycan Prezidenti İlham Əliyevə bu həyəcanı bizimlə bölüşdüyünə görə təşəkkür etmək istəyirəm”.

 

Qeyd edək ki, Rize-Artvin Hava Limanının açılışı mayın 14-də baş tutub. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan da iştirak ediblər.

Oxunma sayı 43