Ərdoğan ABŞ-a səfərə gedib

16:47 22.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 74-cü BMT-nin Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka səfərə gedib.

Virtualaz.org “Anadolu” agentliyinə istinadən bildirir ki, Ərdoğanın təyyarəsi "JFK" hava limanında eniş edib. Türkiyə liderini XİN rəhbəri Mövlud Çavuşoğlu, BMT yanında daimi nümayəndə Ferudin Siniroğlu və Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç qarşılayıblar.

Türkiyə nümayəndə heyətinin tərkibində xəzinədarlıq və maliyyə naziri Berat Albayrak, milli müdafiə naziri Hulusi Akar, ətraf mühit və şəhərsalma naziri Murat Kulum, ticarət naziri Ruhsar Pekcan yer alıblar.

Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan hava limanından Yarımala Otelinə yollanıblar.