Ərdoğan Baxçalını evində ziyarət etdi

23:49 09.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və MHP sədri Dövlət Baxçalı arasında görüş baş tutub.

Hafta.az xəbər verir ki, görüş Bahçelinin evində keçirilib.

Görüşdə “Terrorsuz Türkiyə” hədəfi ilə bağlı yol xəritəsi müzakirə olunub.

Terrorla mübarizə ilə yanaşı, regional hadisələr, xüsusilə də Suriyadakı yeni dövr müzakirə edilib.

Görüş 40 dəqiqədən artıq davam edib.