“Ərdoğanın qalib gəlməsi üçün çoxlu dua etdim” – Viktor Orban

10:00 05.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Macarıstanın dövlət radiosunda gündəmi dəyərləndirən Baş nazir Viktor Orban Türkiyədəki prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsinin onun üçün böyük bir rahatlıq yaratdığını deyib. Bildirib ki, Ərdoğan qalib gəlməsəydi, Sorosun adamı seçiləcəkdi. Ona görə də Ərdoğanın qələbəsi üçün çoxlu dua edi.

Hafta.az-ın “Euronews”a istinadən yazır ki, hökumət başçısı “Mən Ərdoğanı ancaq dəstəkləmədim, həm də çoxlu dua etdim. O qazanmasaydı, faciə olardı” deyib.

“Ərdoğan qazanmasaydı, Türkiyədə Corc Sorosun adamı qalib gələcəkdi” arqumentini irəli sürən Orban, “Ərdoğanın qələbəsi bizə bir nəfəs kimi lazım idi” şərhini verib. Kılıçdaroğluna toxunan Orban "O seçilsəydi, Türkiyə sərhədlərini qaçqınlar üçün açılacaqdı” iddia edib.

Oxunma sayı 321
Siyasət rubrikasından digər xəbərlər