Ərdoğanla Putin Suriya məsələsini müzakirə ediblər

23:33 09.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Prezidenti administrasiyası xəbər verir. 

Bildirilir ki, dövlət başçıları Suriya məsələsini müzakirə ediblər.

"Danışıqların gedişatında Suriya ilə bağlı hadisələr müzakirə edilib. Liderlər həmçinin oktyabrın 22-də imzalanmış Soçi memorandumuna sadiqliyi təsdiq ediblər", - deyə bəyanatda qeyd olunur.

Qeyd edilir ki, danışıqların gedişatında həmçinin ikitərəfli əlaqələrin inkişafı, Rusiya və Türkiyə arasında ticarət dövriyyəsinin artımı üçün addımlar müzakirə edilib.