Ərini öldürən qadın polis kamerasına gülərək poz verdi - FOTO

13:59 21.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Həyat yoldaşını qətlə yetirən qadının cinayətkarlar lövhəsi üçün çəkilən fotosu təəccübləndirir.

Milli.Az Foxnews-a istinadla xəbər verir ki, ABŞ-ın Oklahoma ştatında yaşayan 48 yaşlı Shanda Johnson-Williams ərini bıçaqlayaraq öldürüb.

Əri Jamie Williams-ı öldürən qadın hadisə yerindən uzaqlaşmağa çalısa da, qısa zamanda saxlanılıb. O, cinayəti etiraf edib.

Onun cinayətkarların adları və fotoları olan lövhəyə asılmaq üçün şəkil çəkdirərkən gülümsəməsi polislərdə təəccüb doğurub.