Erməni vəhşiliklərini ifşa edən yeni kitablar Ankarada oxuculara təqdim olunub - FOTO

13:53 27.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə fəaliyyət göstərən İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri, tanınmış tədqiqatçı-yazıçı Ziya Zakir Acar Ankarada oxucuları ilə bir araya gəlib.

Yazıçı Ankara Ticarət Palatasının konqres mərkəzində təşkil olunan sərgi-yarmarkada “Şahidlərin gözü ilə İğdırda ermənilərin törətdiyi soyqırımı”, “Can Araz”, “Türkiyədə yaşayan azərbaycanlılar”, “Araz Türk Cümhuriyyəti”, “Azərbaycan xalq mahnıları” və s. dəyərli kitablarını imza ilə oxuculara təqdim edib.

Qeyd edək ki, bu il ikinci dəfə kitabsevərləri bir araya gətirən Ankara kitab sərgi-yarmarkasında 265 nəşriyyat çap məhsullarını nümayişə çıxarıb.