Ermənilər Cəbrayıl, Zəngilan və Füzulidə olduğu dönəmdə niyə hərbi təlim keçirilmirdi? - Azərbaycan Prezidenti

15:23 27.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“İranın sərhədlərimiz yaxınlığında hərbi təlimi çox təəccüblü hadisədir. Çünki 30 illik müstəqilliyimiz müddətində belə hadisələr olmamışdı”.

Hafta.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev “Anadolu” Agentliyinə müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, hər ölkə öz torpaqlarında istədiyi hərbi təlimi keçirə bilər: “İlk olaraq, söyləməliyəm ki, hər ölkə öz torpaqlarında istədiyi hərbi təlimi keçirə bilər. Bu, onun suveren haqqıdır, buna kimsə söz deyə bilməz. Ancaq bunu bir zaman kəsimində analiz etdikdə bunun heç vaxt olmadığını görürük. Niyə indi və niyə bizim sərhədlərimizdə? Bu sualları mən deyil, Azərbaycan cəmiyyəti soruşur. Bu sualı dünyadakı azərbaycanlılar soruşur. Onu da soruşurlar ki, nə üçün işğal dönəmində o bölgədə hərbi təlim keçirilmirdi? Ermənilər Cəbrayıl, Zəngilan və Füzulidə olduğu dönəmdə nə üçün hərbi təlim keçirilmirdi? Nə üçün bu torpaqlar işğaldan azad edildikdən, 30 illik əsarət və işğala son qoyulduqdan sonra bu edilir? Bunlar qanuni suallardır. Əlbəttə, biz bölgədə uzunmüddətli əməkdaşlığa zərbə vuracaq heç bir durumun olmamasını istəyirik. Bir daha söyləmək istəyirəm, Azərbaycan burada çox məsuliyyətli və ölçülü davranır. Bizim qanuni addımlarımıza qarşı göstərilən emosional reaksiyaların ötəri olduğuna ümid edirəm”.

Oxunma sayı 39