“Ermənilər gec-tez anlamalıdırlar ki, Qarabağ Azərbaycan ərazisidir” – Tengiz Txilava

20:30 13.09.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Təəssüf ki, ermənilərin iddiaları nə ilkdir, nə də son. Amma onlar gec-tez anlamalıdırlar ki, Qarabağ Azərbaycan ərazisidir”.

Hafta.az-ın yazdığına görə, bunu gürcüstanlı siyasi ekspert Tengiz Txilava deyib. O qeyd edib ki, artıq Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olması faktı bütün dünyada öz təsdiqini tapıb.

“Qrabağ problemi iki ildir ki, aradan qaldırılıb. Amma ermənilər öz təcavüzkar siyasətlərindən əl çəkmək istəmirlər. Bu cür toqquşmalar regionun inkişafına mane olur. Hazırda Paşinyan qeyri-ciddi bəyanatlar verir. Hansı ki, regionda çox böyük layihələr icra olunmaqdadır. Ermənistanın da bu layihələrdə iştirakı yaxşı olardı. Amma təəssüf ki, onlar hər vəchlə layihələrin reallaşmasına mane olmağa çalışırlar”, - deyib gürcüstanlı politoloq.

Oxunma sayı 1730
Siyasət rubrikasından digər xəbərlər