Ermənilər ordumuzla üzbəüz mövqelərdə kəşfiyyat vasitələri quraşdırır – FOTO

16:15 03.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarında hərbi fəaliyyətini davam etdirir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, düşmən tərəfi bu dəfə Milli Ordumuzla üzbəüz mövqelərdə kəşfiyyat və müşahidə vasitələrini möhkəmləndirir.

Bunun üçün optik-elektron müşahidə sistemləri və videokameralar quraşdırılır. Yayılan fotoların təmas xəttinin Goranboy-Tərtər istiqamətində çəkildiyi ehtimal olunur.