Ermənilər vətəndaşın işgəncəyə məruz qalmasına görə DİN qarşısına yürüş etdi... - FOTO

17:00 23.03.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Bir qrup vətəndaş, müxalifət partiyasının deputatları, ictimai və siyasi xadimlər Ermənistan Respublikası İstintaq Komitəsinin binası qarşısında etiraz aksiyası keçirib, oradan da Daxili İşlər Nazirliyinin binasına doğru yürüş keçiriblər.

Hafta.az xəbər verir ki, bu haqda tert.am məlumat yayıb.

Xatırladılır ki, Ermənistan İstintaq Komitəsi Qarabağdan köçmüş erməni Tiqran Ulubabyana qarşı Lori vilayət polis idarəsində bir qrup şəxs tərəfindən işgəncə vermə maddəsi ilə cinayət işi qaldırıb.

Bundan əvvəl Tiqran Ulubabyan Vanadzor polis idarəsində necə döyüldüyünü və işgəncələrə məruz qaldığını demişdi. Onun sözlərinə görə, polislər hansısa oğurluğu onun boynuna qoymağa cəhd göstəriblər.