Ermənilərin bu dəfəki hədəfi Eldəniz Məmmədov oldu - VİDEO

12:49 13.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Muğam ifaçısı Eldəniz Məmmədovun mahnısı ermənilər tərəfindən oğurlanıb. 

Hafta.az-ın məlumatına görə, o, bu haqda verilişlərin birində danışaraq, məsələni hüquqi müstəvidə həll edəcəyini bildirib: "Ermənilər hər zaman Azərbaycan mahnılarını ilə bəhrələniblər. Şərəfsiz erməni müğənnisi Vardan bu dəfə repertuarımda olan "Dağlar" mahnımı oğurlayıb. Onun bu hərəkətinə görə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək olar. Bu ifaçıya ayıb olsun ki, məni təkrarlamaq istəyib, mahnımı oxuyub. Ümumiyyətlə ermənilər nə pis sözlər varsa, onlara layiqdirlər.

Onu da xüsusi ilə qeyd edim ki, "Dağlar" adlı mahnının musiqisi Tunar Rəhmanoğlunun, sözləri meyxanaçı Oktaya aiddir. Bu bəstəyə kifayət qədər xərc çəkmişəm".