Ermənistan KTMT-nin növbəti iclasına qatılmaqdan imtina edib

11:11 30.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) XİN şurasının Qırğızıstanda keçiriləcək iclasında iştirak etməyəcək.

Trend erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın XİN mətbuat katibi Ani Bədəlyan açıqlayıb.

“Erməni tərəfinin mövqeyində dəyişiklik yoxdur. Ermənistan o iclasda iştirak etməyəcək”, - deyə o bildirib.

Qeyd edək ki, KTMT xarici işlər nazirləri şurasının iclası bu gün (30 iyun –red.) Qırğızıstanın Çolpon-Ata şəhərində keçiriləcək.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan, rəsmi İrəvanın KTMT-nin fəaliyyətində iştirakını dondurduğunu belə ki, təşkilatın respublikanın suverenliyi üçün təhdidlər yaratdığını bəyan etmişdi.