Ermənistan məhkəmələrində rüşvət halları artıb

16:17 17.09.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın baş naziri Nikol Paşinyan məhkəmə islahatlarına başlayacağını bəyan edib.

Hafta.az tert.am-a istinadla bildirir ki, məhkəmə sistemindəki narahatlıqlardan danışan işğalçı ölkənin baş naziri bildirib ki, problemlərin qısa zamanda aradan qaldırılması mümkün görünmür: “Əlimizdən gələni etməyə çalışacağıq. Çalışırıq da. Amma islahatlar hərtərəfli olmalıdır. Bunun üçün zaman lazımdır. Çünki problemlər çoxdur. Məhkəmə sistemində rüşvətin kökünü kəsmək üçün alternativ olaraq iki anti-korrupsiya orqanı yaradacağıq. Hakimlərin peşə qiymətləndirməsi ilə bağlı işlər də görüləcək”.

Qeyd edək ki, bir müddət əvvəl korrupsiyaya qarşı mübarizə aparacağını bəyan edən Paşinyanın arvadı vasitəsi ilə yeni korrupsiya mexanizmləri yaratdığına dair Ermənistan mətbuatında ciddi müzakirələr gedirdi. 

Siyasət rubrikasından digər xəbərlər