Ermənistan ordusunun alayı darmadağın edilib - MN

10:55 29.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan ordusunun alayı darmadağın edilib.

Hafta.az-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

O bildirib ki, Azərbaycan Ordusunun atəş zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd rayonu ərazisində yerləşdirilən 3-cü “Martuni” motoatıcı alayı darmadağın edilib:

"Nəticədə canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilərə məruz qalan düşmən alayı tam dağıdılıb. Düşmən ordusunun komandanlığı hər kəsə müraciət edərək ölən və yaralıların təxliyə edilməsi üçün nəqliyyat vasitələri ilə kömək edilməsini istəyib.

Oxunma sayı 569
Siyasət rubrikasından digər xəbərlər