Ermənistan telekanalı rəsmən Türkiyə torpaqlarına iddia edir

13:05 09.12.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda yayımlanan “Western Armenian TV”, Türkiyənin İğdır vilayətini Qərbi Ermənistan ərazisi olaraq göstərməyə başlayıb.

Hafta.az yazır ki, Ermənistan telekanalının bu yayımını sərhəd şəhəri olan İğdır əhalisi sərt qarşılayıb. Türkiyə-Azərbaycan Dostluq Dərnəyinin sədr müavini, İğdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal bildirib ki, “qərbi Ermənistanın İğdır şəhəri” ifadəsinin işlədilməsi başadüşülməzdir.

“İğdır bineyi-qədimdən türk şəhəri olub və bu gün də türk şəhəridir. İğdırın Ermənistanın olması heç bir halda mümkün deyil. Türkün düşməni olan ermənilər hər fürsətdə xəyallarını, arzularını beləcə ortaya qoyurlar. Bu da göstərir ki, ermənilərin gözü illərdən bəri türklərin torpaqlarındadır. Amma onlar bilməlidirlər ki, bu gü yaşadıqları İrəvan şəhəri belə türk torpağıdır – Qərbi Azərbaycanın bir hissəsidir. Ermənilər türklərə olan düşmənçilikləri sayəsində Ermənistanda yaşayan türk soylu əhalini son nəfərindək deportasiya ediblər. İndi də Türkiyədən imperialist yalanı olan qondarma soyqırımı bəhanə edərək torpaq qoparmaq, təzminat almaq arzusundadırlar. Təbliğatlarını da bu istiqamətdə qurmağa başlayıblar. Artıq türkcə yayımlanan telekanal yaradıblar. Məqsədləri türk torpaqlarını Ermənistan ərazisi kimi göstərərək ictimai rəyi çaşdırmaqdır”, - deyib S.Ünsal.

Qondarma Erməni Soyqırımı ilə Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəy də bildirib ki, sözügedən telekanalın yayımına rəsmən icazə verən Ermənistan türk torpaqlarına iddiasını yenidən gündəmə gətirməkdədir.

Fransanın dəstəyi ilə “Qərbi Ermənistan” adı altında hökumət qurulduğunu da deyən Gülbəy, "Qondarma Qərbi Ermənistanda yayımlanan bir telekanalın İğdırı Ermənistan şəhəri olaraq təqdim eləməsi və yaxın zamanda Fransada “Qərbi Ermənistan hökumətinin” qurulduğunu açıqlanması, hətta internet üzərindən 40 dollar qarşılığında vətəndaşlıq verdiklərini bəyanlamaları qəbul edilə bilməz. Avropada yaşayan və 1915-ci ildə Osmanlı imperiyası dönəmində köçürülən erməni ailələrin nəvələri tərəfindən başladılan bu hərəkat Fransa və Ermənistan tərəfindən də dəstəklənməkdədir. İğdırla yanaşı, 20-yə yaxın Şərqi Anadolu və Cənub-Şərq şəhərini qondarma Qərbi Ermənistan dövlətinin ərazisi olaraq göstərən bir telekanalın yayımına icazə verən Ermənistan dövləti Türkiyə ərazilərinə iddialarını qəti şəkildə davam etdirməkdədir. Bir qonşu ölkənin torpaqlarına göz dikmək açıq-aşkar müharibə elan etmək deməkdir” savaş ilan etmektir" deyib.

Gülbəyin fikrincə, haqqında söz açdığımız teleyayım səbəbilə Türkiyə Xarici İşlər Nazirliyi təcili olaraq Ermənistana nota verməlidir. Türkiyə dövləti bütün hallarda çalışmalıdır ki, neçə gündür  yayımlanan qondarma Qərbi Ermənistan telekanalı adlı proqramın yayımı dayandırılsın.