Ermənistanda Rusiya sərhədçilərinin avtomobili dərəyə yuvarlandı... - Ölən var... - FOTO

15:40 25.03.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Martın 25-də Ermənistanın Sünik mərzində (Zəngəzur-S.L.) faciəvi avtomobil qəzası baş verib.

Səhər saat 10:00 radələrində Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin polis patrul xidmətinin Sünik mərzi taboruna “UAZ” markalı avtomobilin Meqri-Nrnadzor yolunun 27-ci kilometrliyində yolun hərəkət hissəsindən çıxaraq təxminən 40 metr dərinliyə yuvarlanaraq dərəyə yuvarlanması barədə məlumat daxil olub.

Hafta.az xəbər verir ki, bu haqda  Shamshyan.com saytı məlumat yayıb.

Hadisə yerinə Meğri yanğınsöndürmə və xilasetmə dəstəsindən iki yanğınsöndürmə qrupu gəlib

Meğri təcili tibbi yardım briqadası 22 yaşlı Rusiya vətəndaşı İqor Kotovu qeyd olunan yerdən ağır diaqnozla xəstəxanaya çatdırıb.

O da məlum olub ki, 30 yaşlı Rusiya vətəndaşı Roman Alşixin hadisə yerində ölüb.

Qəza ilə bağlı məlumat Ermənistan Respublikası İstintaq Komitəsinin Sünik Regional İstintaq İdarəsinə ötürülüb.

Saytın məlumatına görə, ölən və yaralananlar Rusiya sərhəd qoşunlarında xidmət edirmiş və ərazi onların nəzarətindədir.