Ermənistanın pilotsuz uçan aparatı və döyüş heyəti məhv edilib - Müdafiə Nazirliyi

16:00 14.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu dəqiqələrdə Ermənistan silahlı qüvvələrinə məxsus PUA vurulub və düşmənin atəş mövqeyində yerləşən artilleriya qurğusu döyüş heyəti ilə birlikdə bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

Bu barədə hafta.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələrinə məxsus növbəti PUA-nın guya vurulması barədə yayılan məlumata gəldikdə isə bildiririk ki, bu dezinformasiyadır, həqiqəti əks etdirmir və Ermənistan Müdafiə Nazirliyi rəsmisinin öz uydurmasıdır.

Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və heç bir itki yoxdur", - deyə məlumatda qeyd olunub.

Oxunma sayı 582
Siyasət rubrikasından digər xəbərlər