Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı Esma Əsədin kəskin miyeloid leykoz diaqnozu ilə Moskvada müalicə aldığı iddia edilib.
Hafta.az-ın “The Telegraph”a istinadən yazdığına görə, Əsma Əsadin xəstəlikdən sağalma şansı 50 faiz qiymətləndirilir. Mənbələrə görə, o, yoluxma riskini minimuma endirmək üçün təcrid şəraitində saxlanılır və bu müddət ərzində yanına ancaq atası Fəvaz Əxras buraxılır.
Bildirilib ki, Əsma Əsəd müalicə məqsədilə İngiltərəyə getmək üçün icazə istəyib, lakin İngiltərə vətəndaşlığı olmasına baxmayaraq, tətbiq edilən sanksiyalar səbəbindən ölkəyə buraxılmayıb. Daha əvvəl 2018-ci ildə döş xərçəngi diaqnozu qoyulan Əsma Əsəd bu xəstəliyə qalib gəldiyini və tam sağaldığını açıqlamışdı. Lakin 2024-cü ilin yazında ona leykoz diaqnozu qoyulduğu məlum olub.
Media mənbələri Əsma Əsədin xəstəliyinin sonrakı mərhələlərində xüsusi müalicə prosesinə məruz qaldığını və Moskvada beynəlxalq ekspertlərdən kömək aldığını bildirib. Bu prosesdə Əsəd ailəsinin Suriyanı tərk etmədiyi, lakin Əsma Əsədin müalicəyə çatmaq üçün fərqli alternativlər axtardığı bildirilir.