Estoniya koronavirusun gəlişinə qarşı ehtiyat tədbirləri görür

18:00 28.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yeni koronavirus artıq Fransaya çatıb və Estoniya da daxil olmaqla, bütün Avropa bu virusun gəlişinə qarşı ehtiyat tədbirləri görür.

AZƏRTAC xəbər verir ki, bu barədə Estoniyanın gündəlik “Eesti Päevaleht” qəzeti yazır.

Estoniyanın Səhiyyə Departamentinin təcili tibbi yardım şöbəsinin direktoru Martin Kaday bildirib ki, laboratoriya müayinələri üçün lazımi materiallar artıq sifariş edilib. Çox güman ki, laboratoriyamız bir neçə həftədən sonra müstəqil şəkildə virusu aşkar etməyə hazır olacaq. Departament direktoru qeyd edib ki, hazırda virusun Estoniyaya çatıb-çatmayacağını əvvəlcədən söyləmək mümkün deyil.

“Bununla belə, zərurət yaranarsa, analizlər İsveçə göndərilə bilər”, - deyə Martin Kaday sözlərini əlavə edib.

M. Kaday son hadisələri nəzərə alaraq, yerli alimlərin 2019-nCOV koronavirusu 2002-ci ildə sürətlə yayılan SARS virusu ilə müqayisə etdiklərini bildirib və xatırladıb ki, həmin vaxt SARS virusu Estoniyada qeydə alınmamışdı.