YAP “Azərkosmos“ ərazi təşkilatı təsdiq edilib

15:15 13.10.2011
Yazını böyüt
Yazını kiçilt
Yeni yaranmış Yeni Azərbaycan Partiyasının (YAP) “Azərkosmos“ ərazi təşkilatı təsdiq edilib. Bu barədə Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı İdarə Heyəti və rayon şurası üzvlərinin iştirakı ilə keçirilən iclasda qərar qəbul edilib. İclasda çıxış edən YAP Səbail rayon təşkilatının sədri Zahid Qaralov bildirib ki, hazırda partiyanın 23 min üzvü var və bu rəqəm günü-gündən artmaqdadır. YAP-ın 20 ildir ki, fəaliyyət göstərdiyini deyən Z.Qaralovun sözlərinə görə, bu yaxınlarda 20 illik yubileyi qeyd olunacaq: “Partiya yarandıqdan 6 ay sonra təşkilat ölkədə hakim partiya hesab olunur. 20 il ərzində Azərbaycan müstəqilliyinin qurulmasında, inkişaf etdirilməsi istiqamətində partiya tərəfindən də mühüm işlər görülüb. 20 il ərzində bütün sahələr inkişaf edib və bu da insanların rifahının yüksəlməsinə təsir göstərir. İclasın keçirilməsində məqsəd Yeni Azərbaycan Partiyasının 9-cu konfrasına hazırlıqla bağlı müzakirələr aparmaq, YAP Səbail rayon təşkilatından bu konfransda iştirak edəcək nümayəndələr seçilib“. Bundan əlavə, tədbir zamanı “YAP ziyalılar evi“, “7 nömrəli məktəb“, “Kilinik Uroloji Xəstəxana“ ərazi təşkilatlarının təklifləri müzakirə olub. “Göz xəstəlikəri“, “Dövlət Əmək Müfəttişliyinin Mərkəzi Aparatı “ və “Məşğulluq idarəsi“ ərazi təşkilatlarına müfaviq rayonlara verilməsi barəsində məsələlərə baxılıb və müəyyən razılıqlar əldə edilib.
Əli