Qurbanlarını "dəhşətli" şəkildə öldürən yeni arı növü kəşf edilib. Belə ki, ayının dişlədiyi meyvə milçəklərinin içində qalan sürfələr milçəyin qarnında böyüyür və partlayır.
Hafta.az-ın “Popular Science”a istinadən yazdığına görə, parazitoid arılar adətən yumurtalarını hələ inkişaf etməkdə olan milçəklərdə qoyurlar. Bu dövrdə “ev sahibləri” daha həssas olur və arıların işini asanlaşdırır.
Yumurtadan çıxan arılar inkişaf edərək milçəklərin qarnında böyüyür və onları daxildən yeyirlər. Milçəklər çox vaxt yetkinlik yaşına çatmamış ölürlər.
Lakin tədqiqatçılar ilk dəfə olaraq yetkin milçəkləri hədəf alan parazitoid arı növünü müəyyən ediblər.
Missisipi Dövlət Universitetinin doktorantı Loqan Mur bağından topladığı meyvə milçəklərinin qarnında naməlum növə aid arı sürfələrinin olduğunu görüb. ur və həmkarları Syntretus perlmani adlandırdıqları növlərin inkişaf proseslərini laboratoriya şəraitində araşdırıblar. Nəticələrini “Nature” jurnalında dərc edən komanda qeyd edib ki, arı dişləməsi ilə yetkin meyvə milçəklərinin qarnına yumurta qoyur.
Daha sonra yumurtanın sürfəyə çevrildiyi, 18 gün milçəyin qarnında qaldığı və qarnını partlayaraq “ev sahibini” tərk etdiyi müşahidə edildi.
Bir neçə saat dolaşdıqdan sonra barama mərhələsinə daxil olan arı 23 gündən sonra baramadan yetkin kimi çıxıb.
Yeni tapılan arı növünün dünyada ən çox yayılmış milçək növlərindən olan meyvə milçəyini (Drosophila melanogaster) hədəf alması alimləri təəccübləndirib. Tədqiqatçılar belə bir kəşfin hələ necə edilmədiyini anlamağa çalışırlar.