Evlərdən və avtomobildən oğurluq edən şəxslər tutulublar

21:42 14.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Binəqədi Rayon Polis İdarəsinin 6-cı və Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölmələri əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləcəri qəsəbəsindəki evlərin birindən 5 min manat və 2300 ABŞ dolları, habelə 12 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Z.Orucov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları rayondakı bir avtomobildən 6 min manat məbləğində pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Z.Bayramovu yaxalayıblar.

Oğurluq etdiyinə görə tutulmuş A.Əliyevin ətrafında Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayondakı altı evdən pul, qızıl və məişət əşyaları oğurladığı müəyyənləşdirilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.