Polşada parlament seçkiləri keçirilib

15:15 11.10.2011
Yazını böyüt
Yazını kiçilt
Polşada keçirilən parlament seçkilərinin ilkin nəticələrinə əsasən, baş nazir Donald Tuskun başçılıq etdiyi “Vətəndaş Platforması“ 39,6% səslə irəlidədir. “France-Presse“ agentliyinin verdiyi məlumata görə, ölkə üzrə məntəqələrin 15%-də səslər sayıldıqdan sonra Yaroslav Kaçinskinin rəhbərlik etdiyi “Qanun və Ədalət“ partiyasının 30%-ə yaxın, Yanuş Palikotun liderlik etdiyi “Palikota Dəstək Hərəkatı“nın 10,27% səs aldığı açıqlanıb. Dördüncü sırada hazırkı hökumətdə “Vətəndaş Platforması“nın koalisiya ortağı olan və 9,22% səs toplayan Kəndli Partiyasıdır. Bu partiyaya baş nazirin müavini, iqtisadiyyat naziri Valdemar Pavlyak rəhbərlik edir. Bu iki partiyanın yenidən koalision hökumət təşkil edəcəkləri gözlənilir.