İndoneziyanın xarici işlər naziri Retno Marsudi Fələstin və Əfqanıstan xalqlarını xilas etmək üçün kollektiv məsuliyyətə ehtiyac olduğunu bildirib.
Hafta.az-ın yazdığına görə, Fələstin və Əfqanıstan üçün əllərindən gələni edəcəklərini vurğulayan Marsudi, "Fələstinli qardaş və bacılarımızın çox uzun müddət əzab çəkməsinə icazə verdik. İndoneziya Fələstin dövlətinə dəstəyimizdə bir qarış belə geri addım atmayacaq. Biz kömək etmək istəyirik. Əfqan qadın və qızlarının hüquqlarına, o cümlədən onların təhsil hüququna hörmətlə yanaşırıq" deyib.
Marsudi bəyan edib ki, beynəlxalq hüquqa, xüsusən də suverenlik və ərazi bütövlüyünün fundamental prinsiplərinə hörmət dəstəklənməlidir və bu, mübahisələrin döyüş meydanlarında deyil, danışıqlar masalarında həllini təmin edə bilər.
“Dünyanın dinc, sabit və firavan olması böyük və ya kiçik, şimal və cənub, inkişaf etmiş və ya inkişaf edən bütün ölkələrin ortaq haqqı və məsuliyyətidir”, - XİN başçısı deyib.