FHN Türkiyəyə göndəriləcək üçüncü qrupla bağlı məlumat yaydı

09:00 05.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti – 3-cü qrupu avqustun 5-də səhər saatlarında qardaş Türkiyə Respublikasına yola düşəcək.

 

Hafta.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

 

Qeyd edilib ki, yanğın-xilasetmə qrupuna 40 ədəd yanğınsöndürmə texnikası, 1 ədəd "BE-200ÇS" tipli amfibiya təyyarəsi və 150 nəfər yanğınsöndürən daxildir.

Oxunma sayı 219
Gündəm rubrikasından digər xəbərlər