Fil avtomobilin üstünə uzandı - VİDEO

12:29 30.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tailandın Khao Yai milli parkında fil turistləri özünəməxsus şəkildə “salamlayıb”.

Fil turistlərin olduğu minik avtomobilinin qabağına çıxaraq, əvvəlcə ayaqlarını kapotun üstünə qoyub, sonra isə avtomobilin damında uzanıb.

Hadisə nəticəsində avtomobilə ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.

Sürücü filin altından avtomobili ehtiyatla çıxararaq hadisə yerindən uzaqlaşıb.