Filippin prezidenti motosikletdən yıxıldı

19:36 17.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Filippin prezidenti Rodriqo Duterte motosikletdən yıxılıb.

Prezident dizindən və dirsəyindən yüngül xəsarətlər alıb.

74 yaşlı R.Duterte prezident iqamətgahının ərazisində motosikletlə hərəkət etdikdən sonra nəqliyyat vasitəsini park edərkən ayaqqabısı ayağından çıxıb.

O, ayaqqabını götürmək üçün əyiləndə yıxılıb.

Prezidentin özünü yaxşı hiss etdiyi deyilir.