Yazını böyüt
Yazını kiçilt
Belarusda fiziki şəxslər üçün pilotsuz uçan aparatların istifadəsi qadağan edilib.
Hafta.az xəbər verir ki, bu barədə NEXTA məlumat yayıb.
Bundan sonra yalnız təşkilatlar və fərdi sahibkarlar PUA-ları idxal edib istifadə edə biləcək. Bunun üçün icazə və qeydiyyata salmaq vacibdir.
Dronları olan hər kəsə onlardan "xilas olmaq" üçün 6 ay vaxt verilib. Onlar bir müəssisəyə satıla və ya saxlanmaq üçün dövlət tərəfindən icazə verilən bir təşkilata verilə bilər.