Fransanın xarici işlər naziri Jan-Noel Barrot ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın “Qrenlandiyaya sahiblik və nəzarətə malik olması” iddiasına cavab verərək, Avropa İttifaqını (Aİ) sərt şəkildə müdafiə edib.
Hafta.az-ın “France Inter” radiosuna istinadən yazdığına görə, Barrot deyib ki, Avropa İttifaqının dünyanın digər dövlətlərinə, kim olursa olsun, suveren sərhədlərinə hücum etməsinə icazə verməyəcək.
Barrot ABŞ-ın Qrenlandiyanı işğal edəcəyinə inanmasa da, qlobal güc strukturlarının dəyişdiyini müdafiə edərək deyib: “Məndən soruşsanız ki, ABŞ Qrenlandiyaya hücum edəcəkmi, cavabım yox. Bəs biz elə bir dövrə girmişikmi ki, orada yalnız ən güclülər sağ qalır? Buna cavabım bəli”.
Barrot vurğulayıb ki, Aİ özünü qorxutmağa imkan verməməlidir, əksinə, bu yeni və narahatedici dövr üçün "oyanmalı və güclənməlidir".