FTB Yeni Orleandakı hadisəni terror aktı kimi araşdırır

21:54 01.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Yeni Orlean şəhərində yük maşınını Yeni ilin gəlişini qeyd edən insanlara doğru sürən şəxs zərərsizləşdirilib.

Hafta.az bildirir ki, bunu Federal Təhqiqatlar Bürosu (FTB) açıqlayıb.

FTB hadisəni “terror aktı” kimi araşdırır. Məlumata görə, şübhəlinin istifadə etdiyi yük maşını noyabr ayında Texas ştatının “Eagle Pass” məntəqəsi vasitəsilə sərhədi keçib.

Qeyd edək ki, avtomobilin insan izdihamının üzərinə sürülməsi nəticəsində azı 10 nəfər ölüb, yaralıların sayı 35-ə çatıb.