Füzulinin azad olunması Qubadlı və Zəngilanın da azad edilməsi demək idi – Üzeyir Cəfərov

16:08 18.10.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Füzulinin işğaldan azad olunması avtomatik olaraq Qubadlı və Zəngilanın da azad edilməsi üçün böyük imkanlar açdı.

Bu fikirləri hafta.az-a hərbi ekspert Üzeyir Cəfərov bildirib.

Onun sözlərinə görə, əsas əhəmiyyət Cəbrayıla verilmişdi və ardınca Füzulinin azad edilməsi həmin rayonların qısa zamanda nəzarətimizə keçməsi demək idi.

“Ermənilər Araz boyunca uzun müddət davam gətirə bilməzdi. Bu istiqamətdə əsas yol Füzulidən keçirdi. Oranın relyefi elə idi ki, silah, yanacaq, sürtkü materialları, ərzaq Füzulinin ərazisindən ermənilərə gedirdi.

Artıq Füzuli azad olunubsa, düşmən məcbur qalaraq ya İran ərazisindən hansısa çarə qılmalıdır, ya da orada məhv olacaqdı".

Ekspert qeyd etdi ki, Hadrut, Tuğ və strateji əhəmiyyətli digər ərazilərin və Füzulinin azad edilməsi Şuşaya yaxınlaşmaq deməkdir.

"Ümumiyyətlə, Füzuli böyük rayondur. Qubadlı və Zəngilan ərazisinə görə Füzulidən balacadır. Düşmən Füzulidə qarnizon yaratmışdı, ətrafları bununla təmin edirdi. Füzuli işğaldan azad olunandan sonra o imkanları olmayacaqdı. Bax Füzulinin azad olunmasının ən mühüm əhəmiyyəti bu idi".

Oxunma sayı 18
Siyasət rubrikasından digər xəbərlər