32 deputat Qarabağı “müstəqil“ görmək arzusundadır?

15:15 08.10.2011
Yazını böyüt
Yazını kiçilt
Sənədi imzalayanların 10 nəfəri Fransadan olan deputatdır, AŞ PA-nın Ermənistan üzrə həmməruzəçisi də sənədə imza atıb. Avropa Şurası Parlament Assambleyasının 32 deputatı Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış separatçı qurumun - “Dağlıq Qarabağ Respublikası“nın müstəqil dövlət kimi tanınması ilə bağlı birgə bəyanatla çıxış ediblər. Sənədi imzalayan deputatlar Avropa Şurasına üzv dövlətləri “Dağlıq Qarabağ Respublikasının qanuni seçilmiş hakimiyyəti“ ilə sıx əməkdaşlığa çağırıblar. AŞ PA-da yayılan sənəddə bildirilir ki, “Dağlıq Qarabağ Respublikası“ da Azərbaycan, Ermənistan və Gürcüstanla eyni vaxtda müstəqilliyini bəyan etsə də, hələ də Avropa Şurasına üzv qəbul olunmayıb.
Qeyd edək ki, sənədə imza atanlar sırasında AŞ PA Monitorinq Komitəsinin Ermənistan üzrə həmməruzəçisi Jorj Kolombye də var. Maraq doğuran imza sahiblərindən biri isə Fatimə Səididir.
Məsələylə bağlı “Həftə içi“nə açıqlama verən türkiyəli politoloq Toğrul İsmayıl bildirdi ki, istəniləni halda AŞ PA deputatlarının bu addımı təhlükəli tendensiyadır. Fatimə Səidinin türk olub-olmamasına gəlincə isə politoloq bildirdi ki, bunun o qədər də önəmi yoxdur: “Münaqişənin həlli uzandıqca müxtəlif təşkilatlardan bu tipli addımlar gözləmək lazımdır. Belə də olacaq. Fatimə Səidinin isə türk olub olmaması önəmli deyil. Məsələyə idealist yanaşmaq olmaz. O, avropalıdır və öz partiyasını təmsil edir“.
Modern.az bu üzdəniraq bəyanatın necə imzalandığını dəqiqləşdirməyə çalışıb. Araşdırma nəticəsində məlum olub ki, bəyanatın imzalanması Ermənistanı AŞ PA-da təmsil edən qadın deputatların canfəşanlığı sayəsində baş tutub. Belə ki, Ermənistandan olan Zarui Postandjyan və Naira Zöhrabyan adlı iki qadın deputat əcnəbi parlamentariləri yoldan çıxararaq üzdəniraq “sənədə“ imza atdırıblar. Qeyd olunur ki, birincinin 30-35 yaşı, digərinin isə 40-a yaxın yaşı var. Hər iki erməni qadın deputat sinəsi açıq, dizdən yuxarı erotik geyimlə avropalı deputatların qarşısına çıxıblar və onlara gülümsəyərək sənədə imza atmalarını xahiş ediblər. Deputatların əksəriyyəti onların bu geyimi qarşısında özlərini zəif hiss edərək sənədə ciddi əhəmiyyət vermədən imza atıblar. Ancaq Serbiyanın deputatı sonradan hansı sənədə imza atdığının fərqində olduğunu bilərək erməni qadınlara etiraz edib, amma artıq gec imiş. Onun imzası da həmin sənədin içərisinə salınıb. Deməli, erməni tərəfi yenə özlərinə xas ənənəvi üsuldan - öz qadınlarından istifadə edərək belə bir üzdəniraq nəticə əldə etməyə nail olublar.
Əli Zülfüqaroğlu