Gələn aydan kirayə mənzillər satışa çıxarılacaq

14:29 21.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu il yanvarın 25-də Prezident İlham Əliyevin "Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında" fərmanı ilə bağlı işlər yekunlaşmaq üzrədir.

Hafta.az xəbər verir ki, İpoteka və Kredit Zəmanəti Fondundan qafqazinfo-ya bildirib ki, artıq kirayə mexanizminin işə düşməsi üçün zəruri işlərin əksəriyyəti həll edilib. Dekabrın ortalarında mənzillərin satmaq öhdəliyi ilə kirayəyə verilməsi üçün sənəd qəbuluna başlanılacaq. Bununla bağlı öncədən ictimaiyyətə məlumat veriləcək. Vətəndaşlar "Asan İmza" əldə etməklə e-gov.az saytı üzərindən elektron qaydada müraciət edəcəklər.

Sosial rubrikasından digər xəbərlər