“Gənc Fest”in bağlanış mərasimi keçirilib - FOTO

23:55 26.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100, gənclərlə görüşünün 30 illiyinə həsr olunan “Gənc Fest”in bağlanış mərasimi olub.

Hafta.az xəbər verir ki, Avropa Oyunları Parkında keçirilən tədbirdə Azərbaycanın gənclər və idman nazirinin müavini İndira Hacıyeva çıxış edərək festivalın əsas məqsədinin gənclər üçün maraq kəsb edən layihələrin kiçik modelinin göstərilməsi olduğunu vurğulayıb.

Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov festivalda fəal iştirak edən gənclərə təşəkkürünü bildirib.

“Gənc Fest”də fəallığı ilə seçilən gənclər dörd gün davam edən tədbirdə qazandıqları təcrübədən danışıblar.

Sonda konsert proqramı təşkil olunub. Tanınmış incəsənət ustaları Murad Arifin və Tünzalə Ağayevanın maraqlı ifaları gənclər tərəfindən böyük coşqu ilə qarşılanıb.

Gənclər və İdman Nazirliyinin, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə baş tutan festivalda iştirakçılar üçün debatlar, effektiv komanda işi, yanğın təhlükəsizliyi, ilkin tibbi yardım, ilkin hərbi hazırlıq, teatr sənəti, polimer gil və müasir incəsənət haqqında master-klaslar təşkil olunub.

Oxunma sayı 150