Gəncə-Bakı sürət qatarında texniki nasazlıq

20:00 11.11.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt
Gəncə-Bakı sürət qatarında texniki nasazlıq üzündən hərəkət məhdudlaşdırılıb.

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, hadisə bu gün 20:40 radələrində baş verib. 20 dəqiqədən çox Hacıqabul stansiyasından bir qədər aralıda hərəkət məhdudlaşdırılıb. Problemin qatarda yox, elektrik xətlərində baş verdiyi elan edilib. Xətlərdə qısaqapanmanın baş verdiyi ehtimal olunur. Qatarın hərəkətinin məhdudlaşdırılması ilə havalandırma sistemi də fəaliyyətini dayandırıb və sərnişinlər problemlər yaşadıqlarını dilə gətiriblər.
 
Sürət qatarında nasazlıq hələ də davam edir.