Gəncədə evdən 10 min manatlıq əşyalar oğurlanıb

16:56 07.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə evdən 10 min manatlıq əşyalar oğurlanıb.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, narkotik vasitə ilə tutulan N.İbrahimovun ətrafında Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun oktyabrın 2-də Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar R.Əliyev və T.Məmmədovla birgə rayon ərazisindəki evlərin birindən 10 000 manat dəyərində məişət əşyaları oğurlaması da müəyyən edilib.

Davam etdirilən tədbirlərlə R.Əliyev və T.Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılıb.