Gömrük rüsumlarının Azərbaycan dövlət büdcəsinə ödəmələri artıb

10:29 17.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2019-cu ilin dekabr ayında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsinə 402,28 milyon manat köçürüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

Hafta.az-ın DGK-ə istinadən verdiyi məlumata görə, 2019-cu ilin dekabr ayında gömrük rüsumları 110,653 milyon manat və ya bütöv ödəmələrin 27,5 faizini, ƏDV - 269 milyon manat (66,9 faiz), aksiz vergiləri - 18.78 milyon manat (4.6 faiz), yol vergisi - 3.855 milyon manat (bir faizdən az) təşkil ediblər.

Ötən ilin dekabr ayı ilə müqayisədə bu ay gömrük rüsumlarından daxilolmalar iki dəfə, ƏDV-dən 2,3 dəfə, yol vergisindən isə 5,9 faiz artıb.

Aksiz vergilərindən ödəmələr 20,6 faiz azalıb.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsindən dövlət büdcəsinə ödəmələr dörd istiqamətdən formalaşır - gömrük rüsumları, əlavə dəyər vergisi (ƏDV), aksiz vergisi və yol vergisi.