Goranboyda Bayraq Günü qeyd edilib

16:03 08.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq, Goranboy rayonunda rayon İcra Hakimiyyətinin təşəbbüsü və rayon mədəniyyət şöbəsinin təşkilatçılığı ilə, tədbir keçirilib.

Hafta.az xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı və rayonun digər rəhbər şəxsləri, Milli Qəhrəmanlar, Qarabağ müharibəsinin döyüşçüləri, şəhid ailələri, rayon ağsaqqalları, ziyalılar və gənclər olmaqla, 3 min nəfərə yaxın rayon ictimaiyyətinin nümayəndələri fəal iştirak edib.

Tədbir ilk olaraq, Goranboy şəhər mərkəzindəki Şəhidlər Xatirə Kompleksində vətənin müdafiəsi  uğrunda canlarını fəda etmiş vətən övladlarının xatirəsini anmaqla başlanılıb.

Sonra hərbiçilərimizin və hərbi orkestrin müşaiyyəti ilə, 55 metr ölçüdə olan Dövlət Bayrağımız Şəhidlər Xatirə Kompleksinin önündən Dövlət Bayrağı Muzeyinin önünə gətirildi. Tədbir iştirakçıları öncə Ümummilli Liderimiz Heydər Əliyevin abidəsi önünə tər güllər qoyaraq, dahi Şəxsiyyətə ehtiramlarını bildiriblər.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxış edərək Dövlət Bayrağı Günü ilə bağlı, rayon ictimaiyyətinə  öz təbriklərini çatdırıb.

Sonra  rayon mədəniyyət evinin və İncənət Musiqi Məktəbinin bədii kollektivinin və hərbiçilərimizin nümunəvi çıxışları nümayiş etdirilib.

 

Daha sonra Dövlət Bayrağı Muzeyinə ekskursiya edilib.