Görülən tədbirlər nəticəsində Azərbaycanda koronavirusun yayılmasının qarşısı alınıb - Oqtay Şirəliyev

21:36 24.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Koronavirusla bağlı məlumat çıxan kimi Prezident İlham Əliyevin verdiyi tapşırıqlar və görülən tədbirlər nəticəsində pandemiyanın Azərbaycanda yayılmasının qarşısı alındı“.

Hafta.az xəbər verir ki, bunu Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-nin “Hədəf” proqramında deyib.

Nazir bildirib ki, Azərbaycan vaxt itirmədən bu işə başladı:

"Bu yeni bir xəstəlik idi və onun laborator müayinələri çətin idi. Gecə ilə qardaş Türkiyədən Azərbaycana testlər gətirildi və şübhəli şəxslər o testlərdən keçirilərək nəzarətə götürüldü".

Oxunma sayı 47
Siyasət rubrikasından digər xəbərlər