Təşkilatımız münaqişənin həllində mümkün gücündən istifadə edə bilər

15:15 19.10.2011
Yazını böyüt
Yazını kiçilt

Çunq Eu Yonq: “Problemin Azərbaycanın maraqları çərçivəsində həllində maraqlıyıq“

“TƏşkilatımız Dağlıq Qarabağ münaqişəsinin həllində mümkün gücündən istifadə edə bilər və bu problemin sülh yolunda həllində xüsusilə də Azərbaycannın maraqları çərçivəsində həllində maraqlıyıq“. Bunu Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin həmsədri və baş katibi Çunq Eu Yonq bildirib. Onun sözlərinə görə, İCAPP-da 50 dövlətdən 350-yə yaxın partiya təmsil olunur ki, 2012 ci ildə İCAPP-nın Baş Assambleyasının 7 ci iclasının Azərbaycanda keçirilməsi qərara alınıb. Gəlişinin səbəbi haqqında danısan sədr bildirdi ki, Yeni Azərbaycan Partiyası ilə birgə Baş Assambleyanın ümumi müddəalarını müzakirə etmək və qərarlar əldə etmək istəyirlər. İCAPP-ın Baş Assambleyasının 7-ci iclasının Azərbaycanda keçirilməsində məqsədə gəlincə qeyd edim ki, YAP-ın sədr müavini Əli Əhmədov İCAPP-ın 18 nəfərlik idarə heyyətinin üzvüdür və son 2 ildə YAP qurumun bütün tədbirlərində yaxından iştirak edib. Regionda fəaliyyətimiz geniş olmadığından qərara aldıq ki, növbəti assambleyanı məhs Azərbaycanda keçirək. “Bura gəlməmiş Azərbaycan haqqında cox şeylər eşitmişdim. Amma bura gələndən sonra başa düşdüm ki, mən bu ölkə haqqında heç bir şey bilmirəm. Azərbaycan 20 ildə cox böyük uğur əldə edib. Bü gün münasibətilə Azərbaycan xalqını təbrik edirəm ki, qısa zaman kəsiyində belə uğur əldə edib“. Azərbaycan Koreyanın iqtisadi və siyasi önəm verdiyi tərəfdaş olduğunu bildirən həmsədr Azərbaycan Koreya münasibətlərinin 2006-2007 ci illərdən formalaşdığını bildirib.
Əli Zülfüqaroğlu