Göyçayda COVİD-19-a yoluxma ilə bağlı müraciət yoxdur - Baş həkim 

11:34 03.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göyçay rayonunda COVİD-19 virusuna yoluxma hallarına rast gəlinmir.

Hafta.az xəbər verir ki, bunu trend-ə açıqlamasında "Göyçay rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru Elçin Bilalov deyib.

Onun sözlərinə görə, hazırda rayon əhalisi nəzarətdə saxlanılır, mütəmadi olaraq bu xəstəliklə bağlı yoxlamalar keçirilir: "Bir müddət əvvəl tək-tək şəxslərdə şübhəli məqamlar oldu ki, həmin şəxslər də dərhal nəzarətə götürüldü. Hazırda rayon ərazisində bu xəstəliklə bağlı müraciət edən yoxdur. Tibbi heyətimiz gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir, yerlərdə COVİD-19-la bağlı vəziyyətə nəzarət olunur".

Oxunma sayı 749