Göyçayda şəhid ailələri ziyarət olunub - FOTO

12:32 19.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göyçayda rayon icra hakimiyyətinin, Qeydiyyat şöbəsinin və Regional ədliyyə idarəsinin nümayəndələri 20 Yanvar faciəsinin qurbanları olan Mehman Muradovun və Rauf İsayevin ailələrini ziyarət ediblər.

Hafta.az xəbər verir ki, görüşlərdə rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova 20 Yanvar şəhidlərinin heç vaxt unudulmayacağını, onların xatirəsinin daim qəlblərdə yaşayacağını bildirib.

Mehman Muradovun qardaşı Mehdi Muradov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. Görüşlərdə şəhid ailələrinə humanitar yardımlar göstərilib.

Oxunma sayı 167