GUAM Xarici İşlər nazirləri Bratislavada görüşəcəklər

14:48 21.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

GUAM-a üzv ölkələrin Xarici İşlər nazirləri dekabrın 5-6-da Bratislavada keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində növbəti dəfə görüşəcəklər. Bu barədə GUAM-ın Milli Əlaqələndiricilər Şurasından məlumat verilib.

İclasda GUAM formatında qarşılıqlı siyasi fəaliyyət, parlamentlərarası əməkdaşlığa dair kompleks tədbirlər, əlaqələrin inkişaf etdirilməsi, eləcə də digər tərəfdaş ölkələrlə münasibətlər və s. məsələlər müzakirə olunacaq.

Bundan başqa, GUAM-ın digər beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələləri də nəzərdən keçiriləcək.

 

Siyasət rubrikasından digər xəbərlər